Презентация, доклад на тему Бюллетень по предмету математики

Tərtib etdi:Quliyeva Lalə

Слайд 1
T.İsmayılov adına 29
nömrəli tam orta məktəb
2014-2015
Riyaziyyat bülleteni

T.İsmayılov adına 29nömrəli tam orta məktəb2014-2015Riyaziyyat bülleteni

Слайд 2Tərtib etdi:Quliyeva Lalə

Tərtib etdi:Quliyeva Lalə

Слайд 3



Dünya şöhrətli azərbaycanlı

Dünya şöhrətli azərbaycanlı

Слайд 4 Lütfi Zadə- AZƏRBAYCANI DÜNYAYA TANIDAN ŞƏXS


Lütfi Zadə (əsl adı Lütfəli Rəhim oğlu Əsgərzadə) — azərbaycanlı alim, süni intelellekt sahəsində səlis-məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru. Bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.Lütfi Zadə bir çox xarici ölkə akademiyalarının üzvüdür. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdir. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilmişdir.
Kaliforniyanın Berkli şəhərində "İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu" yaradılmışdır.

Lütfi Zadə- AZƏRBAYCANI DÜNYAYA TANIDAN ŞƏXS	  Lütfi Zadə (əsl adı Lütfəli Rəhim oğlu Əsgərzadə)

Слайд 5 

Lütfinin atası Rəhim Ələsgərzadə Cənubi Azərbaycanın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Birinci dünya müharibəsi illərində Ərdəbildən Bakıya köçüb və burada ticarətlə məşğul olmaq qərarına gəlib.İranda dostları və qohumları vasitəsilə külli-miqdarda kibrit alaraq onu Bakıya gətirib və kibrit satışını təşkil etməklə özünə yaxşı güzəran düzəldib. İşgüzar fəaliyyəti ilə yanaşı Azərbaycan Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb və İranda çap olunan həftəlik qəzetlərin Bakıdakı müxbiri kimi çalışıb. Bakıda gələcək həyat yoldaşı Fanya ilə tanış olub və valideynlərinin razılığı ilə onunla ailə qurub.
Lütfi ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. Lakin 1932-ci ildə Sovet İttifaqının İran vətəndaşı olan azərbaycanlılarla bağlı qəbul etdiyi qərara görə, onlar iki yoldan birini seçməli idilər: ya Sovet Azərbaycanında qalıb buranın vətəndaşlığını qəbul etməli, ya da ölkəni dərhal tərk edib getməli idilər. Ələsgərzadələr ailəsi İrana geri qayıtmaq qərarına gəlir. Bir çoxları, xüsusilə də yaxın qohumları bu addımın gələcəkdə Lütfi Zadə fenomeninin formalaşmasında böyük rolu olduğunu qeyd edirlər. Çünki, o illərdə SSRİ-də kibernetika,informatika,genetika kimi elmlərə qarşı mənfi münasibət var idi və çətin ki, belə mühitdə Lütfi Zadə öz elmi ilə irəli gedə bilərdi.

Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakıda, Rəhim Ələsgərzadə və yəhudi əsilli rus uşaq həkimi olan Fanya Koriman Ələsgərzadənin ailəsində dünyaya gəlib.

Həyatı

 

Слайд 6 Beləcə, o 10 yaşında ikən ailəsi ilə birlikdə Bakını

tərk edərək Tehrana köçüb. Balaca Lütfi o vaxt rusdilli məktəbin üçüncü sinfini bitirmişdi. Tehrana köçdükdən sonra təhsilini amerikalıların Albors missioner məktəbində davam etdirib. Bu məktəbdə o ilk dəfə olaraq Amerika elmi və mədəniyyəti haqqında məlumat əldə edib. Orada elmin inkişafı üçün yaradılmış şərait onu hələ məktəb illərindən Amerikaya çəkib.

. Orta təhsilini tamamladıqdan sonra o, Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olub. Böyük alimin Amerika həyatı isə 1944-ci ildən başlayır. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra o Amerika Birləşmiş Ştatlarına gəlib və təhsilini MassacusetsTexnologiya İnstitutunda davam etdirib. 1947-ci ildə valideynlərini də öz yanına gətirən alim artıq bu vaxt Kolumbiya Universitetində çalışırdı. O, 1948-ci ildə bu universitetdə elektron mühəndisliyi üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsi alıb. Həmin vaxt Lütfi Zadə məşhur alim, kibernetikanın atası hesab olunan Norbert Vinerin tövsiyəsi ilə Kaliforniyaya, bu ştatdakı Berkli Universitetinə gəlib. Burada ilk vaxtlar bir qədər çətinliklər çəkən alim sonralar şəraitə uyğunlaşıb və bu günə qədər də Berkli Universitetinin professoru olaraq qalır.

Beləcə, o 10 yaşında ikən ailəsi ilə birlikdə Bakını tərk edərək Tehrana köçüb. Balaca Lütfi o vaxt

Слайд 7  O, yəhudi əsilli Fey xanımla ailə qurub. Fey

xanım Lütfi Zadə ilə həyatlarının müxtəlif dönəmlərinə dair maraqlı xatirələrdən bəhs edən -"Qeyri-səlis məntiqin atası ilə mənim həyatım və səyahətlər" (My Life and Travels with the Father of Fuzzy Logic) kitabını yazıb və 1998-ci ildə çap etdirib.

Lütfi Zadənin iki övladı olub. Qızı Stella vəfat edib.  Oğlu Norman riyaziyyatçıdır. Poker oyununu dərindən bilən Norman “Winning Poker Systems” (Uduşlu Poker Sistemləri) kitabının müəllifidir.   

    O, yəhudi əsilli Fey xanımla ailə qurub. Fey xanım Lütfi Zadə ilə həyatlarının müxtəlif

Слайд 8 Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm

nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə vermişdir: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradır.

Fəaliyyəti

Aparıcı dünya şirkətləri tərəfindən tətbiq olunan bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanmışdır. Nəzəriyyə uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, ötən əsrin 80-ci illərində yapon alimlərinin diqqətini cəlb etmiş və yaponlar bu unikal nəzəriyyədən yararlanmaq qərarına gəlmişlər. Lütfi Zadə nəzəriyyəsinin tətbiqi gündoğan ölkəyə milyardlar qazandırmışdır. Bu gün Yaponiyanın «Mitsubishi», «Toshiba», «Sony», «Canon»,«Sanyo»,«Nissan» və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto ve videokameralar, paltaryuyan maşınlar, vakum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.

Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və

Слайд 9 Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına

görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat – "Honda" mükafatı ilə təltif olunub. Amerikalılar da bu nəzəriyyənin qiymətini anlamağa, ondan yararlanmağa başlayıblar. Bu gün bu nəzəriyyə Amerikanın «General Motors», «General Electric», «Motorola», «Dupont», «Kodak» və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada,linqvistikada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur.

Qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə Lütfi Zadə 5 fundamental elmi nəzəriyyə təklif etmişdir: "təəssüratlar nəzəriyyəsi", "sistemlər nəzəriyyəsi", "sözlə işləyən kompyuter nəzəriyyəsi", "optimal süzgəclər nəzəriyyəsi" və "soft kompyutinq".

Lütfi Zadənin elmdə Z-çevirmə kimi tanınan işi diskret və rəqəmli idarəetmə,informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoymuş elmi nəzəriyyədir. Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.

Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən

Слайд 10 Lütfi Zadənin qeyri-səlis məntiqini obrazlı şəkildə

belə izah etmək olar: "Aristotel məntiqi" ilə mühakimə yürüdən beyin dünyanı yalnız ağ və ya qara rəngdə qavrayır, "Zadə məntiqi" isə dünyanı bütün çalarları ilə qavramağa imkan verir. Çünki, "Aristotel məntiqi" ikili (binar) məntiqdir, "Zadə məntiqi" çoxmənalı (kəsilməz qiymətli) məntiqdir. Aristotelə görə, bir müddəa ya doğru, ya da yalan ola bilər. Lütfi Zadəyə görə, hər bir müddəanın doğruluq dərəcəsi doğru və ya yalan arasında (və ya sıfırla bir arasında) kəsilməz qiymətlər alır. "Zadə məntiqi"ndə real həyatı daha dürüst inikas etmək qabiliyyəti var, bu məntiqdə tolerantlıq daha çoxdur. Düz 20 il Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməyən qeyri-səlis məntiq nəzəriyyəsi, nəhayət, 1980-ci illərdə yapon alimləri tərəfindən böyük maraqla qarşılanmışdır. Beləliklə, bu nəzəriyyə riyaziyyatın,kibernetikanın,informatika və hesablama texnologiyasının inkişafı tarixində yeni bir dövr açmışdır. Bu nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz etmişdir. Paltaryuyan maşınlardan tutmuş, avtomat sürücüyə kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda öz tətbiqini tapmışdır. Getdikcə həmin nəzəriyyənin əməli gücü onun mücərrəd mahiyyətini üstələmişdir.
2013-cü ilin 19-20 iyun tarixlərində Madrid şəhərində İspaniyanın BBVA (Banco Bilbao Vizcaya Argentaria, S.A.) fondunun elm və mədəniyyət sahəsi üzrə təsis etdiyi mükafatların təqdimetmə mərasimi keçirilib. Fond tərəfindən İnformasiya-Kommunikasiya Texnologiyaları kateqoriyasında Lütfi Zadə 400 min avro dəyərində mükafata layiq görülüb.

Lütfi Zadənin qeyri-səlis məntiqini obrazlı şəkildə belə izah etmək olar:

Слайд 11   Böyük alim ötən il həmyerlimiz professor Rafiq Əliyevi özünün elmi varisi elan etdi və bütün elmi 
külliyatını R.Əliyevə bağışladı. Bu, professor Rafiq Əliyevə böyük bir 
etimad və etibar idi. Deməli, 
Azərbaycanı dünyaya tanıdan Lütfi Zadənin davamçısı var və bununla qürur duymaq gərəkdir.

Biz də inanırıq ki, Rafiq Əliyev
 tezliklə Nobel mükafatını alacaq və
 Azərbaycanın adı dünya düzənində
 daha bir səhifəyə yazılacaq.
   Böyük alim ötən il həmyerlimiz   professor Rafiq Əliyevi özünün elmi varisi elan etdi və bütün elmi külliyatını R.Əliyevə bağışladı. Bu, professor Rafiq Əliyevə böyük bir etimad və etibar idi. Deməli, Azərbaycanı dünyaya tanıdan Lütfi Zadənin davamçısı var və bununla qürur duymaq gərəkdir.

Слайд 12Bilirsinizmi?
1820-ci ildə Qauss təklif etdi ki,Pifaqor teoreminin isbatında istifadə

olunan fiqur şəklində (düzbucaqlı üçbucağın tərəflərində qurulmuş kvadratlar) meşə basdırmaq lazımdır ki,qonşu planetlərdə yaşayanlar Yerdəki varlığın yüksək inkişafını hiss edə bilsinlər.Lakin layihə yerinə yetirilmədi.
1897-ci ildə ABŞ-nin İndiana ştatında çevrənin uzunluğunun diametrdən 4 dəfə böyük olduğu haqqında səsvermə nəticəsində qanun qəbul edilmişdir.Bu qanun cəmi 4 gün mövcud oldu.Sonralar qəzetlər hay-küy salaraq soruşdular ki,günü 250 dollara hökümətə oturan senat belə axmaq qərarlara vaxt sərf edir.
Puankarenin riyaziyyat müəllimlərindən biri dostuna yazdığı məktubda bu istedadlı şagirdini belə təsvir edir: «Mənim sinfimdə riyazi əjdaha peyda olub».

Bilirsinizmi?  1820-ci ildə Qauss təklif etdi ki,Pifaqor teoreminin isbatında istifadə olunan fiqur şəklində (düzbucaqlı üçbucağın tərəflərində

Слайд 13Ordan-burdan hesab məsələləri
Azərbaycan professional musiqisinin banisi,görkəmli dramaturq Üzeyir Hacıbəyov dövri mətbuatda

istedadlı bir publisist kimi tanınmışdır.1908-ci il 16 sentyabr tarixli «Tərəqqi»qəzetinin 53-cü nömrəsində «Filankəs»Təxəllüsü ilə dərc edilmişbelə bir istehzalı yazısına rast gəlirik:
Ordan-burdan məsələləri
Bakı quberniyasında 6 min müsəlman öldürülübdür və hər bir müsəlmanın öldürülməsinə əqəllən 200 manat pul sərf olunubdur.Sual olunur ki,bunların hamısına neçə dənə «Tərəqqi»yə müştəri yazdırmaq olardı?
Cəmi dünyada 100 minə qədər qəzetə verilir, 6 milyon Qafqaz müsəlmanlarının da bir dana qəzetəsi var.Əgər (xudanəkərdə) cəmi dünya Qafqaz kimi olsaydı,qəzetlərin sayı nə qədər azalardı?(cəmi dünyada 1 milyard yarım nüfüz var)
İran məclisi il yarım davam etdi,bu müddət ərzində İran şahı 30 dəfə Qurana and içib sındırdı.Əgər İran məclisi 5 il davam etsəydi, Məmmədəli şah neçə dəfə Qurana and içib sındırdı?
Hər bir müsəlman şagirdi sutkada 4 saata tərbiyə alıb 8 saat da yuxu yatır, qalan saatları tərbiyəsiz qalır.35 yaşında bir müsəlman şagirdi neçə il tərbiyəsiz qalmış olur?
Hər 100 nəfər Bakı müsəlmanlarının 25 nəfəri qoçudur. Bakıda 70 min müsəlman var. O surətdə neçə dənə qoçumuz olur?
Bir dana Lyaxovun köməyi ilə 50 min iranlı qırıldı. Bütün İranı qırdırmaq üçün neçə dana Lyaxov lazımdır?
Ordan-burdan hesab məsələləriAzərbaycan professional musiqisinin banisi,görkəmli dramaturq Üzeyir Hacıbəyov dövri mətbuatda istedadlı bir publisist kimi tanınmışdır.1908-ci il

Слайд 14 ..Kimlər ki,anadan riyaziyyatçı doğulmuşlar,yüksək ağla malik
olduqlarına görə başqa elmlərə

yaxşı qabiliyyətləri var.
Sokrat (e.ə.469-399)
Ədədlər arasındə elə kamillik və uyğunluq mövcuddurki,onların
qanunauyğunluqları üzərində gündüz və gücə düşünmək lazımdır.
S.Stevin (1548-1620)
Təbiəti əvvəlcə onun dilini öyrənməmiş və yazıldığı işarələri bilməmiş başa düşmək mümkün deyil.Onun dili –riyaziyyat dilidir və həmin yazı işarələri məhz üçbucaqlar,çevrələr və başqa həndəsi fiqurlardır ki,onların köməyi olmadan,orada insancasına bir söz başa düşmək mümkün deyil.
Q.Qaliley (1564-1642)
Bərabər ağıllar içində başqa eyni şərtlər daxilində həndəsəni bilən üstün olur.
B.Paskal (1623-1662)
Nə qədər ki,cəbr və həndəsə ayrılıqda inkişaf edirdi,onların irəliləyişi yavaş,tətbiqləri
məhdud idi.O vaxt ki,bu iki elm birləşdi,o nlar bir-birinə kömək etməyə başladılar və cəld kamilliyə doğru addımladılar.
J.Laqranj (1736-1813)

Dahilərdən kəlamlar

..Kimlər ki,anadan riyaziyyatçı doğulmuşlar,yüksək ağla malik olduqlarına görə başqa elmlərə yaxşı qabiliyyətləri var.

Что такое shareslide.ru?

Это сайт презентаций, где можно хранить и обмениваться своими презентациями, докладами, проектами, шаблонами в формате PowerPoint с другими пользователями. Мы помогаем школьникам, студентам, учителям, преподавателям хранить и обмениваться учебными материалами.


Для правообладателей

Яндекс.Метрика

Обратная связь

Email: Нажмите что бы посмотреть