Слайд 1Ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumlarının tətbiqi
İnformatika fənni üzrə
Zamanova Aynur Dilavər qızı
Слайд 2Müsair dövrdə həyatın tələbləri və təlimin məqsədləri
Bütün dünya kimi Azərbaycan
da 3-cü minilliyə qədəm qoymuşdur. Bu gün məktəbdə təlim alan uşaqlar yaxın gələcəkdə cəmiyyətimizin tam hüquqlu üzvləri olacaqlar. Yaşadığımız XXI əsrin xüsusiyyətlərini nəzərə almaqla, gələcəyin təlimi necə olmalıdır? XXI əsrdə insanlara vacib olan bilik, bacarıq, vərdiş və keyfiyyətlər hansılardır? Bu suallara cavab vermək üçün dünyanın xüsusiyyətlərini tam aydın təsəvvür etmək zəruridir.
1. Biz sürətlə dəyişən dünyada yaşayırıq. Elmin, texnika və texnologiyanın, xüsusilə də kompüter texnologiyasının sıçrayışlı inkişafının şahidiyik. Daima dəyişən həyatın şəraitinə uyğunlaşmaq üçün çevik olmaq, yeni şəraitə uyğunlaşmaq, öz qabiliyyətini gerçəkləşdirməyi bacarmaq, özünüinkişafa və özünütəkmilləşdirməyə hazır olmaq zəruridir.
2. Daima artan məlumat axını müasir insanın üzərinə sel kimi axır. Müasir dövrdə gün ərzində aldığımız informasiyanı 200 il bundan əvvəl yaşayan insanlar 1 il ərzində əldə edirlər. Əldə olunan biliklər məlum olmamış köhnəlir və bu da insanlara mövcud problemlərin həlli üçün qazandıqları biliklərlə kifayətlənməyə imkan vermir. Həyatda baş verən dəyişikliklərə uyğunlaşmaq və səmərəli fəaliyyət görmək yalnız o zaman mümkün olur ki, insan həyatı boyu bilikləri müstəqil əldə etməyi bacarır və buna can atır. Bu zaman başlıca köməkçi kimi dərketmə fəallığı və hər şeyi öyrənmək həvəsi, həmçinin, şəxsiyyətin əməksevərliyi böyük rol oynayır. İnsan zəruri informasiyanı müstəqil qazanmalı, yenidən işləməyi, düzgün istifadə və tətbiq etməyi bacarmalıdır.
Слайд 33. Vaxtın məhdudiyyətinin artması fəal və yaradıcı olmaq və şəraitdən tez
baş çıxarmaq, təşəbbüs göstərmək, müstəqil olaraq yeni məsələlər qarşiya qoymaq və qərar qəbul etməyi bacarmaq zərurətini yaradır. Təşkilatçılıq, öz fəaliyyətini planlaşdırma vərdişləri və daxili nizam-intizam, vaxt məhdudiyyəti problemini həll etməkdə kömək edə bilər.
4. Cəmiyyətdə baş verən sosial proseslər də şəxsiyyətin inkişafına dair xüsusi tələblər irəli sürür. Biz şəxsiyyət azadlığı dəyərinin artımını cəmiyyətin demokratik prinsipləri dəstəkləməsində və eyni zamanda insan hüquqlarının pozulmasının genişlənməsində ifadə olunan sosial ziddiyyətlərdə müşahidə edirik. Bütün bunlar şəxsiyyətin müstəqil, öz mühakimələrində və əməllərində azad olmağı, məsuliyyətli və tənqidi düşünməyi, mövqeyini müdafiə etmək bacarığını tələb edir. Öz hüquq və vəzifələrini bilib digərlərinin hüquq və vəzifələrinə hörmət etmək əsasında qarşılıqlı demokratik münasibətlərə yiyələnmədən demokratik cəmiyyətin dəyərlərinə hörmət etmək mümkün deyil.
Слайд 45. Cəmiyyətin təbəqələşmə tendensiyası insanlar arasında fərqlərin dərinləşməsi, virtual tipli ünsiyyətin
yayılması digər insanlarla harmonik qarşılıqlı fəaliyyəti və ünsiyyəti ( qarşılıqlı hörmət, etibar, dostluq, əməkdaşlıq, tolerantlıq) bacarığı tələb edir.
6. Ekoloji fəlakətlərin, terrorizmin, mədəniyyət vandalizminin artımı təbiət və mədəniyyətə qayğılı münasibətin aşılanmasının, öz xalqının mənəvi dəyərlərinə, mədəniyyətinə və ənənələrinə yiyələnməyin və dünya sivilizasiyasının dəyərləri ilə tanış olmağın zəruriliyinə gətirib çıxarır.
Bu səbəbdən də təlim müasir uşağı dövrünün həyatına hazırlamağı bacarmalıdır. Təlim daim dəyişən dünyanın reallıqlarından kənarda mövcud ola bilməz. Hər hansı təlim və tərbiyə sisteminin qurulmasının başlıca istiqamətverici amili yetişdirdiyimiz şəxsiyyəti necə tərbiyə etmək istəyimizdən asılıdır.
Dünya təcrübəsindən məlum olduğu kimi, XXI əsrdə həm cəmiyyətin, həm də onun hər bir üzvünün yaşaması və inkişafında başlıca dəyər yaradıcı, özünüinkişaf etdirən şəxsiyyətdir. Təhsil prosesi uşaqda özünüinkişaf qabiliyyəti formalaşdırmalıdır. Bu da öz növbəsində aşağıda göstərilən fəallığa, dərketmə tələbatına və qabiliyyətinə əsaslanır:
Слайд 5Məntiqi düşünmə
Ətraf aləmin cisim və hadisələrinə tənqidi yanaşma
Müstəqil olaraq qərar çıxarma
Ətrafda
olanları yaradıcı surətdə dəyişmə
Bilikləri müstəqil əldə etmə
Praktiki problemləri həll etmə
Şəxsiyyətin inkişafına dair yeni məqsədlər qarşıya qoyma.
Слайд 6Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün informatika fənni kurikulumu
Слайд 7İnformatika kurikulumu və onun xarakterik cəhətləri.
Bu kurikulum ümumtəhsil məktəblərində informatika təliminin
əsas məqsədlərini müəyyənləşdirməklə ümumi təlim nəticələrinə nail olmaq üçün bütün fəaliyyətləri əks etdirən və hər bir şagirdin imkan və ehtiyaclarına istiqamətlənmiş konseptual sənəddir. Kurikulum müasir dövrdə hər bir şəxsin əmək, istedad, qabiliyyət və yaradıcılığının müstəsna əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan gənc nəslin formalaşdırılmasına, onların qarşılaşdıqları problemlərin həlli və müstəqil qərarlar qəbul etməsi üçün zəruri informasiya təminatını ödəyən kompüter, informasiya və kommunikasiya texnologiyaları və sistemlərindən səriştəli istifadə bacarıqlarına malik olmasına yönəlmişdir. Kurikulumda şagirdlərin idraki, informativ-kommunikativ fəaliyyətləri nəzərə alınır, fənn üzrə təlimin məzmunu nəticələr formasında verilir. Bu, şagird nailiyyətərinin qiymətləndirilməsinə, onların inkişafının izlənməsinə, gündəlik həyatda, fəaliyyətdə zəruri olan bacarıqların əldə olunmasına imkan yaradır. Ümumtəhsil məktəblərinin bütün siniflərində informatikanın kütləvi surətdə istifadə edilməsi və kompüterin bütün fənlərin tədrisində tətbiqi bu kursa ümumtəhsil xarakteri verir.
Слайд 8Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri
Informatika ümumtəhsil məktəblərində tədris olunan ən
mühüm və vacib fənlərdən biridir. Informatika şagirdin zehni inkişafına kömək edir, məntiqi təfəkkürün formalaşmasında, mühakimə və dərketmə qabiliyyətinin yüksəlməsində müstəsna rol oynayır. Informatikanın tədrisi zamanı ümumiləşdirmə, konkretləşdirmə, analiz, sintez, təsnifetmə və sistemləşdirmə kimi əqli mühakimə üsullarından istifadə olunur ki, bu da şagirdin məntiqi təfəkkürünün inkişafını sürətləndirir, onların məntiqi mühakimə yürüdə bilmək bacarıqlarını, alqoritmik təfəkkürlərini inkişaf etdirir. İnformatika şagirdlərin bacarıq və vərdişlərinin formalaşmasında mühüm rol oynamaqla onların xarakterinin formalaşmasına, mənəvi keyfiyyətlərinin və intellektual səviyyəsinin inkişafına kömək edir. Orta məktəbdə tədris olunan informatika fənni şagirdlərin ali təhsil müəssisələrində yeni bilik və bacarıqlara yiyələnməsinə zəmin yaradır.
Слайд 9Informatikanın son dövrlərdəki inkişafı onu texniki bir fəndən, təbiətdə və cəmiyyətdə
informasiya proseslərinin emalı haqqında olan fundamental elmə çevirmiş və bir sıra yeni elmi istiqamətlərin yaranmasına və inkişafına səbəb olmuşdur. Nəticədə riyazi informatika, texniki informatika, geoinformatika, tibbi informatika, bio informatika, kimyəvi informatika, hüquqi informatika, iqtisadi informatika, sosial informatika və s. kimi elmi sahələr yaranmış, inkişaf etmiş və informasiya cəmiyyəti quruculuğunu daha da sürətləndirmişdir.
Ümumtəhsil məktəblərində informatika fənni təliminin əsas məqsədi şagirdlərdə məntiqi və alqoritmik təfəkkür tərzini, məsələlərin səmərəli həlli üsullarının seçilməsinə yönəlmiş yaradıcı və əməli düşünmə qabiliyyətlərini formalaşdırmaq, həmçinin onların gündəlik qarşılaşdıqları problemlərin həlli üçün tələb olunan zəruri informasiyaları kompüter vasitəsilə ala bilmələri sahəsində texniki bacarıq və vərdişlərin öyrədilməsidir.
İnformatika təliminin əsas vəzifəsi informasiyaların qəbulu, toplanması, təhlili, ötürülməsi, emalı və onlardan istifadə qaydaları haqqında şagirdlərin tam və dolğun biliklər qazanması, bu biliklər vasitəsilə dünyada baş verən informasiya proseslərinin əhəmiyyətini, müasir cəmiyyətin inkişafında informatika və informasiya texnologiyalarının rolunu başa düşməsi, İKT-ni ümumbəşri dəyərlərin tərkib hissəsi və İnformasiya Cəmiyyəti inkişafının hərəkətverici qüvvəsi kimi qiymətləndirməyi, praktik fəaliyyətdə və digər fənlərin də öyrənilməsində tətbiq məqsədilə zəruri bilik, bacarıq və vərdişlərə yiyələnmək üçün əsas yaratmaqdır.
Слайд 10Ənənəvi və fəal (interaktiv) təlim
Слайд 11Ənənəvi dərsin və fəal dərsin quruluşunun fərqi
Слайд 12Ənənəvi dərsin və fəal dərsin quruluşunun fərqi
Fəal dərsin quruluşu tədqiqat prosesinin
mərhələlərini xatırladır (təlim prosesinin mərkəzi-tədqiqatdır), ənənəvi dərs illüstrativ-izahedici xarakter daşıyır (təlim prosesinin mərkəzi-mühazirədir).
Ənənəvi dərsdə yeni məlumatlar dərsin əvvəlində müəllim tərəfindən şagirdə çatdırıldığı halda, fəal dərsdə bu məlumatlar dərsin axırında şagirdin özü vasitəsilə (tədqiqat nəticəsində) əldə edilir.
Hər iki dərsdə tətbiqetmə mərhələsi axırda olur, lakin fəal dərsdə bu mərhələ daha yaradıcı xarakter daşıyır.
Fəal dərsin fərqli mərhələlərindən biri-refleksiya mərhələsidir. Refleksiyanın nəticəsində şagird öz tədqiqat fəaliyyətinin əsas mərhələlərini dərk etmiş olur.
Refleksiya- artıq başa çatmış prosesin şüurda inikasıdır. Təlim prosesinin refleksiyası biliklərin mənimsənilməsinin bütün mərhələlərini təhlil etməyə və dərindən başa düşməyə imkan verən başlıca mexanizmlərdən biridir.
Слайд 13Fəal (interaktiv) təlimin xüsusiyyətləri
Iştirakçıların bütün dərs zamanı fəallığı
Dərsin əvvəlində problemin qoyulması
və dərsin gedişinin problemin həllinə yönəldilməsi
Yeni biliklərin müstəqil kəşf edilməsi
Təlimin tədqiqat şəklində keçirilməsi
Təlimin interaktiv şəklində keçirilməsi: şagirdlərin birgə fəaliyyəti, müəllim və şagirdlərin qarşılıqlı əməkdaşlığı
Qrup işindən geniş istifadə olunması
Biliklərin yaradıcı tətbiqi
Müxtəlif tipli tapşırıqlardan, bilik mənbələrindən və iş vərəqələrindən istifadə edilməsi.
Слайд 14Fəal (interaktiv) təlimin əsas xüsusiyyətləri
Fəal (interaktiv) və ənənəvi təlimin arasında həm
oxşar, həm də fərqli cəhətlər var. Eyni zamanda, elə xüsusiyyətlər var ki, onlar yalnız fəal təlimə məxsusdur. Onlar aşağıdakılardır:
Təlimin subyekt-subyekt xarakter daşıması
İştirakçıların bütün dərs zamanı fəallığı
Dərsin əvvəlində problem situasiyanın yaradılması və onun gedişinin problemin həllinə yönəldilməsi
Dərsin tədqiqat şəklində keçirilməsi, təlimin tədqiqat üsulu ilə keçirilməsi
Şagirdlərin düşündürücü və istiqamətləndirici suallar vasitəsilə yeni biliklərin müstəqil kəşf edilməsinə yönəldilməsi
Dərsin dialoq şəklində aparılması
Müəllim və şagirdlər arasında qarşılıqlı əməkdaşlığın, əks əlaqənin yaradılması
Qrup işindən geniş istifadə olunması, şagirdlərin birgə fəaliyyəti
Təlim vasitələrinin və tapşırıqların müxtəlifliyi və yeniliyi
İş vərəqələrinin istifadəsi
Biliklərin yaradıcı tətbiqi və s.
Слайд 15Fəal (interaktiv) təlimin üstünlükləri
Müstəqil düşünmək və sərbəst nəticə çıxarmaq imkanı
Şagirdlərin fəallığı
Az
vaxt ərzində daha çox məlumat mənimsəmək imkanı
Tədqiqat vərdişlərinin formalaşması və inkişafı
Əməkdaşlığın və qarşılıqlı hörmətin formalaşması.
Слайд 16Mənə de- mən yaddan çıxarım,
Mənə göstər- mən yadda saxlayım,
Məni cəlb et-
mən öyrənim.
(Çin hikməti)
Слайд 17Fəal (interaktiv) təlimin mexanizmləri
Problem situasiyanın yaradılması.
Şagird – tədqiqatçı, müəllim-
fasilator, bələdçi.
Dialoqun və əməkdaşlığın zəruriliyi.
Psixoloji dəstək: hörmət və etibar.
Слайд 18Mexanizm № 1. Problem situasiyanın yaradılması.
Sizin ən zəif şagirdiniz təlimdə
nə zaman fəallaşır?- təlim onun üçün maraqlı olduqda və o özü problemi həll etməyə qadir olduqda.
Deməli, öyrənmə (idrak) fəallığını yaratmaq üçün nə etmək lazımdır?- iştirakçılar müxtəlif təkliflər irəli sürə bilərlər, lakin təlimçi onları “şagirdin qarşısına problem qoymaq və onu problemin həll edilməsinə yönəltmək” fikrinə yönəltməlidir.
Nə üçün məhz problemin qoyulması vacibdir?- problemin qoyulması nəticəsində ziddiyyəti həll etmək tələbatı yaranır və bu birbaşa təfəkkürü oyadır, problemi həll etməyə vadar edir bu da öz növbəsində idrak fəallığını yaradır.
Problemi necə yaratmaq olar?- problemi yaratmaq üçün ziddiyyət və bu ziddiyyətin həlli üçün məlumat qıtlığı olmalıdır.
Problemin daha hansı xüsusiyyətləri idrak fəallığı yaradır?- problem cəlbedici, maraqlı, düşündürücü olmalı, müxtəlif fikirlər yaratmalı, müstəqil tədqiq edilməsi mümkün olmaqla şagirdlərin öz qabiliyyətlərini nümayiş etdirməyə imkan verən və onların imkanlarına, səviyyəsinə uyğun olmalı, eyni zamanda asan olmalıdır.
Problem yaranandan sonra təlimdə nə baş verir?- problemin həlli üçün müxtəlif fərziyyələr təklif olunur.
Слайд 19Mexanizm № 2. Şagird tədqiqatçı, müəllim- fasilator, bələdçi.
Sizin aranızda
elə müəllimlər varmı ki, dərsdə şagirdlərin hamısının eyni səviyyədə fəallığına və məlumatı yaxşı qavramalarına nail olub? Nəyə görə yox, bu nədən asılıdır?- şagirdin marağından, bilik səviyyəsindən, onun əhval-ruhiyyəsindən, idrak proseslərinin (hafizənin, diqqətin, təfəkkürün) xüsusiyyətlərindən, müəllimin ustalığından.
Müəllim şagirdin qarşısına qoyulan problemi özü həll edəcəksə, fəallıq artacaq, yoxsa sönəcək?- sönəcək.
müəllim hansı mövqeyi tutmalıdır ki, şagirdin idrak fəallığı bütün dərs boyu saxlanılsın?- bələdçi mövqeyini.
Şagirdin təlim prosesinin subyektinə çevrilməsini necə başa düşürsünüz?- o kəşfedici şəxsin rolunu yerinə yetirir.
Bu zaman müəllim və şagirdin mövqeyi və əlaqəsi necə olmalıdır?- müəllim bilikləri əldə edilməsində bələdçi mövqeyi tutur, şagird isə tədqiqatçı, bilikləri kəşf edən şəxs kimi çıxış edir.
Слайд 20Mexanizm № 3. Dialoqun və əməkdaşlığın zəruriliyi.
Dialoq nəyə görə vacibdir?
– dialoq zamanı təlimin hər bir iştirakçısının bilik və təcrübəsindən istifadə edib problemin daha səmərəli həlli yollarını tapmaq mümkündür.
Dialoq şagirdə hansı təlim imkanlarını verir? Onda hansı bacarıqlar formalaşır? – öz qabiliyyətini nümüyiş etdirməyə imkan yaranır; şagirdin ünsiyyət bacarıqları formalaşır- öz fikirləri ilə bölüşmək, fəal dinləmək, müxtəlif fikir və baxışlarınəzərə almaq, birgə iş görmək, bir-birinə hörmət etmək və s.
Problemi daha səmərəli həll etmək və müxtəlif fərziyyələri araşdırmaq üçün çüəllim və şagirdlərin arasında nə baş verməlidir? – dialoq, əməkdaşlıq.
Bu münasibətləri müəllim hansı yollarla həyata keçirə bilər? – Şagirdlərin biliklərinin canlandırılması və problemin həllinə istiqamətin verilməsi üçün yönəldici suallardan istifadə edilməsi, lazımi məlumat mənbələrinin təqdim edilməsi, tədqiqatın aparılmasının düzgün təşkil edilməsi, problemin həll edilməsinin stimullaşdırılması, həvəsləndirilməsi, yaradıcı əhvali-ruhiyyənin yaradılması yolu ilə.
Слайд 21Mexanizm № 4. Psixoloji dəstək: hörmət və etibar.
Nə üçün şagirdin
öyrənməyə və problemi həll etməyə həvəsini saxlamaq üçün psixoloji dəstək lazımdır? – şagirddə uyğunsuzluq qorxusu, inamsızlıq hissi aradan götürülür və şagirdlərin idrak fəallığını dərs boyu lazımi səviyyədə saxlanılır.
Bunu necə etmək olar? – müəllim problemin şagirdlər tərəfindən müstəqil tədqiq edilməsi və onun həlli üçün bütün imkanları yaratmalıdır, onun cavablarını yaxşı və ya pis qiymətləndirməkdən imtina etməlidir, problemin həllində istənilən cəhdi yaradıcı fikir kimi qəbul etməlidir. Əsas şərt: müəllim şagirdlərə psixoloji dəstək verməlidir- onlara hörmət və etibarla yanaşmalıdır.
Слайд 22Mexanizm 1. Problem situasiyanın yaradılması. Şagirdin qarşısına problem qoyulur və onun
problemi həll etməyə yönəldilməsi nəticəsində idrak fəallığı yaranır.
Mexanizm 2. Şagird tədqiqatçı, müəllim-fasilator. Fəal (interaktiv) təlim zamanı şagird subyekt mövqeyini tutmalı, bu prosesin bərabər iştirakçısı olmalıdır. Şagird tədqiqatçı, müəllim isə- bələdçi rolunu həyata keçirməlidir. Şagirdlər bilikləri müstəqil şəkildə tədqiqat zamanı əldə etməlidir.
Mexanizm 3. Dialoqun və əməkdaşlığın zəruriliyi. Fəal (interaktiv) təlim dioloji şəkildə əməkdaşlıq şəraitində keçirilir.
Mexanizm 4. Psixoloji dəstək: hörmət və etibar. Şagirdlərin idrak fəallıqlarını saxlamaq vasitəsi- onların psixoloji dəstəklənməsidir: müəllimin xeyirxah münasibəti, şagirdlərə hörmət və etibarı, onların bacarığına inamı.
Слайд 23Nəticə
Fəal (interaktiv) təlimin 4 əsas mexanizmi idrak fəallığının əmələ
gəlməsinə və dərs zamanı saxlanmasına səbəb olur.
Dərketmə və biliklərin mənimsənilməsi prosesində təfəkkürün fəallaşdırılması nəticəsində şagirdlərdə sərbəstlik, biliklərin daha da müstəqil qavranılmasına imkan yaranır və təlim daha səmərəli olur.
Fəal (interaktiv) təlimin mexanizmləri standartların həyata keçirilməsini təmin edir.
Təfəkkürün fəallaşdırılması
Şagirdlərin fəallığı
Biliklərin səmərəli mənimsənilməsi
Слайд 24Qiymətləndirmə sistemi
Beynəl-xalq
Milli
Məktəb-daxili
Diaqnostik
Formativ
Summativ
Xüsusiy-yətləri
Formaları
Rolu və vəzifələri
Kəmiy-yət
Keyfiy-yət
Слайд 25Məktəbdaxili qiymətləndirmənin növləri
Diaqnostik qiymətləndirmə (ilkin səviyyənin qiymətləndirilməsi)
Formativ qiymətləndirmə (inkişafın izlənməsi)
Summativ (yekun
qiymətləndirmə)
Qiymətləndirmə nəyə yönəlməlidir?
Şagirdin:
1. İlkin səviyyəsinin müəyyənləşdirilməsinə (“Hansı səviyyəyə malikdir?”);
2. İnkişafının davamlılığına (“Necə öyrənir?”);
3. Əldə etdiyi nailiyyətlərin müəyyən olunmasına (“Nəyi öyrəndi?”).
Слайд 26Diaqnostik qiymətləndirmə
Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirməklə, birbaşa
müəllimin strategiyalarının seçilməsinə xidmət edir.
Şəraitə görə təlim məqsədləri və strategiyalarında çevik dəyişikliklər aparılmasına imkan yaradır.
Şagirdlərin maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında məlumatalmağa imkan verir.
Fərdi yanaşmaya və differensial təlimə şərait yaradır.
Məqsədlər:
1. Hər bir şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsi haqqında məlumat əldə etmək.
2. Təlim prosesinin planlaşdırılmasında şagirdlərin fərdi inkişaf xüsusiyyətlərini nəzərə almaq və fərdi yanaşmanı təmin etmək.
3. Təlim strategiyasını müəyyənləşdirmək.
Слайд 27Nə vaxt keçirilir?
Dərs ilinin, tədris vahidlərinin əvvəlində;
Yeri gəldikcə bəhs və bölmələrin
əvvəlində;
Zəruri vəziyyət yarandıqda (şagird başqa məktəbdən gələndə, sinfi dəyişəndə və s.)
Harada qeyd olunur?
Diaqnostik qiymətləndirmənin nəticələri rəsmi sənədlərdə qeyd olunmur, yazılı qeydlər müəllimin qeyd dəftərində öz əksini tapır, sinif və şagird portfoliosunda saxlanılır.
Слайд 28Formativ qiymətləndirmə
Formativ qiymətləndirmə dərsi müşayət edən prosesdir. Formativ qiymətləndirmə sinifdə şagirdin
inkişafının sistemli şəkildə izlənilməsini təmin edir. Müəllim bu qiymətləndirmə vasitəsilə tədris prosesini tənzimləyir, uğur qazana bilməyən şagirdlərin ehtiyaclarını öyrənərək onlara əlavə kömək göstərir. Formativ qiymətləndirmə şagirdin təlim nəticələrinə nail olması və nəticədə summativ qiymətləndirmədə müvəffəqiyyət qazanmasına kömək məqsədilə aparılır.
Yeni və ənənəvi qiymətləndirmə arasında əsas fərq gündəlik rəqəmli qiymətlərin yazılmaması və şagirdin təlim fəaliyyətinin daim izlənməsidir. Şagird gündəlik təlim fəaliyyəti ərzində rəqəmli qiymət almaq üçün deyil, yaxşı nəticə göstərmək üçün çalışır. Bu prosesdə şagirdlər qiymətləndirmə meyarları ilə əvvəlcədən tanış olurlar.
Слайд 29Məqsədlər:
Şagirdin bilik və bacarığını formalaşdırmaqla onun təlim nəticələrinə nail olmaq;
Şagirdlərin təlim
ehtiyaclarını öyrənmək;
Şagirdlərin təlim sahəsində irəliləyişlərinin izlənilməsini təmin etmək;
Şagirdin uğur qazana bilməməsinin səbəblərini araşdırmaq və onun inkişafını təmin etmək;
Şagirdlərin hər bir fənn üzrə məzmun standartlarında göstərilən əsas və bacarıqlar əldə etməsini izləmək;
Şagirdin özünüqiymətləndirmə bacarığını inkişaf etdirmək;
Tədris prosesinin düzgün istiqamətləndirilməsini və səmərəliliyini təmin etmək.
Слайд 30
Formativ qiymətləndirmə zamanı müəllim öz fəaliyyətini aşağıdakı suallar əsasında nizamlayır:
Mən irəli
getməliyəm, yoxsa hər hansı bir məsələyə daha çox vaxt vaxt sərf etməliyəm?
Şagirdlər öyrəndiklərini sərbəst tətbiq edə bilirmi, yoxsa əlavə köməyə ehtiyac vardır?
Planlaşdırılmış tədrisi bir neçə şagird üçün və ya hamı üçün sürətləndirilmiş formada apara bilərəmmi?
Əgər belədirsə, bunun üçün ən yaxşı yol hansıdır?
Слайд 31Nə vaxt keçirilir?
Dərs ilinin əvvəlindən başlayaraq təlim prosesində müntəzəm şəkildə aparılır.
Harada
qeyd olunur?
Formativ qiymətləndirmənin nəticələri şagirdin portfoliosunda, müəllimin formativ qiymətləndirmə dəftərində və şagirdin məktəbli kitabçasında sözlə və ya rəqəmlə qeyd olunur.
Слайд 32Summativ qiymətləndirmə
Summativ qiymətləndirmə kiçik, böyük və yekun summativ qiymətləndirmədən ibarətdir .
Kiçik və böyük summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə yekun vurmaqla, müvafiq məzmun standartlarına uyğun qiymətləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdin nailiyyət səviyyəsini ölçmək məqsədilə aparılır.
Summativ qiymətləndirmə təhsilin hər hansı mərhələsində (bəhs və ya bölmənin, yarımilin və ilin sonunda) şagirdlərin standartlar üzrə əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsidir. Summativ qiymətləndirmənin ən mühüm cəhəti şagirdin əldə etdiyi biliklərin tətbiqinə hansı səviyyədə nail olduğunu aşkar etməkdən ibarətdir. Summativ qiymətləndirmə məzmun standartlarının mənimsəmə səviyyəsinin etibarlı göstəricisidir.
Слайд 33Məqsədlər:
Hər hansı mərhələ üzrə şagirdin nailiyyətlərinin səviyyəsini müəyyən edib qiymət yazmaq
Təlim
və tədris prosesinin monitorinqini həyata keçirmək (irəliləmə və geriləməni müəyyənləşdirmək)
Müəllimin tədris fəaliyyətini izləmək
Məktəbdə təlimin təşkili işinin səviyyəsini müəyyənləşdirmək.
Слайд 34Nə vaxt keçirilir?
Kiçik summativ qiymətləndirmə fənn kurikulumları tətbiq olunan siniflərdə bəhs
və ya bölmələrin sonunda altı həftədən gec olmayaraq müəllim tərəfindən keçirilir. Onun nəticələri yarımillik qiymətlərin hesablanmasında nəzərə alınır.
Böyük summativ qiymətləndirmə yarımillərin sonunda ümumi təhsil müəssisəsinin rəhbərliyinin və ya orada yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır.
Yekun summativ qiymətləndirmə buraxılış siniflərində təhsil səviyyələrinin sonunda yekun attestasiya (buraxılış imtahanları) şəklində aparılır.
Harada qeyd olunur?
Summativ qiymətləndirmənin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur.